Reklam resmi
Reklam resmi

Azərbaycan UEFA reytinqində İRƏLİLƏDİ

Azərbaycan UEFA reytinqində İRƏLİLƏDİ
İdman

Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda keçirilən matçlardan sonra ölkələrin UEFA reytinqi yenilənib.

Ajans.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" ötən gecə Bakıda "Ayntraxt"ı (Almaniya) məğlub edib. Nəticədə ölkəmiz bu qələbədən 0,500 əmsal qazanıb.

Bununla da Azərbaycanın reytinq sıralamasındakı mövqeyi dəyişib. Azərbaycan 22.750 əmsalla 27-ci yerə yüksəlib. 

Slovakiya isə 22,375 əmsalla 28-ci pillədədir. 

Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (104.769) liderlik edir.

Mövzular:
UEFA Qarabağ

Digər Xəbərlər