Reklam resmi
Reklam resmi

Narkotik təsiri altında maşın sürən sürücü HƏBS OLUNDU

Narkotik təsiri altında maşın sürən sürücü HƏBS OLUNDU
Kriminal

Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili sürücülük hüququ olmadan, eləcə də narkotik vasitələrin təsiri altında idarə edən Kazım Piriyev saxlanılıb.

Ajans.az xəbər verir ki, müayinə zamanı onun narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub. Sürücü barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə K.Piriyev 30 sutka inzibati qaydada həbs edilib.

Mövzular:
narkotik sürücü

Digər Xəbərlər