Reklam resmi
Reklam resmi

“Azərişıq” Cəlilabadda elektrik bərpasını DAVAM etdirir

“Azərişıq” Cəlilabadda elektrik bərpasını DAVAM etdirir
Cəmiyyət

Güclü qara baxmayaraq “Azərişıq” ASC Cəlilabadda elektrik enerjisinin bərpasını sürətlə davam etdirir

Ajans.az  xəbər verir ki, ölkə ərazisində yağan güclü qar Cəlilabad rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində çətinliklər yaradıb. 

Külək və qar xətlərdə qəzalara səbəb olub. Qar bağlayan yollarda nəqliyyatla hərəkət etmək, kəndlərə gediş-gəliş çətinləşib.

Şaxtalı, qarlı havada bütün çətinliklərə baxmayaraq “Azərişıq” ASC-nin əməkdaşları  bir neçə gündür böyük fədakarlıqla həm Cəlilabadda, həm də güclü qar yağan digər rayonlarda baş vermiş qəzaları aradan qaldırmaq üçün fasiləsiz işləyir.  Artıq bir çox yerlərdə enerjinin verilişi təmin olunub.  Qısa zaman ərzində digər ərazilərdə də elektrik enerjisi bərpa ediləcək.

Mövzular:
Cəlilabad “Azərişıq” ASC

Digər Xəbərlər