Məşhur aktrisanı ard-arda iki avtomobil VURDU
Nickelodeon-un keçmiş uşaq ulduzu, 33 yaşlı Kianna Underwood yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.
Ajans.az xəbər verir ki, 33 yaşlı aktrisa Kianna Underwood yanvarın 16-da ardıcıl olaraq iki avtomobilin vurması nəticəsində faciəvi şəkildə həlak olub. Hər iki sürücü hadisə yerindən qaçıb.
Hadisə yerli vaxtla səhər saat 06:50 radələrində ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonunun Braunsvill məhəlləsində, Uotkins küçəsi ilə Pitkin prospektinin kəsişməsində baş verib. Underwood yolu keçmək istəyən zaman bir SUV markalı avtomobil ona çarpıb.
Nyu-York Polis Departamentinin (NYPD) verdiyi məlumata görə, bu toqquşmadan dərhal sonra aktrisa qara və boz rəngli sedan avtomobilin altında qalıb. Gənc aktrisa hadisə yerindəcə həyatını itirib.
Mövzular: