Reklam resmi
Reklam resmi

Lerikdə 80 kənd hələ də İŞIQSIZDIR

Lerikdə 80 kənd hələ də İŞIQSIZDIR
Gündəm

"Güclü qar nəticəsində Lerik rayonunun 162 kəndinə elektrik enerjisinin verilişi dayanmışdı".

Ajans.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini - Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov deyib.

Lerikdə 80 kənd hələ də işıqsızdır

O bildirib ki, yağan aramsız qar nəticəsində Masallı rayonundan Lerikə gələn 3510 kilovoltluq hava xəttində qəza baş vermişdi, nəticədə Lerik şəhəri də daxil olmaqla 162 kəndə elektrik enerjisinin verilişi dayanmışdı:

"Dünəndən etibarən "Azərişıq" və rayonun aidiyyəti qurumları fasiləsiz işləyir, elektrik enerjisinin bərpasına çalışırlar. Hazırda 80-ə yaxın kənddə hələ də elektrik enerjisi yoxdur, aidiyyəti qurumlar fasiləsiz işləyirlər".

Mövzular:
Lerik işıqsız kəndlər

Digər Xəbərlər