Gürcüstanda 159 məhbus əfv EDİLDİ
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili dini Xaç suyuna salınma bayramı ilə əlaqədar olaraq 159 məhbusu əfv edib.
Ajans.az-ın məlumatına görə, bu barədə dövlət başçısının Mətbuat xidməti açıqlama yayıb.
"Prezident Konstitusiyanın ona verdiyi istisna səlahiyyətlərdən istifadə edərək 159 məhbusu əfv edib", – bəyanatda qeyd olunub.
Məlumata əsasən, əfv humanizm prinsipi və dövlət maraqları əsasında həyata keçirilib.
Mövzular: