Reklam resmi
Reklam resmi

Almaniyada 26 avtomobil TOQQUŞUB

Almaniyada 26 avtomobil TOQQUŞUB
Dünya

Almaniyanın qərbində, Şimali Reyn-Vestfaliya əyalətində, Essen yaxınlığındakı A42 Avtobanında 26 avtomobilin toqquşması nəticəsində 20-dən çox insan yaralanıb.

Ajans.az N-tv kanalına istinadən xəbər verir ki, qəza bu səhər Reyn-Hern kanalının üzərindəki körpüdə sürüşkən yol səthində baş verib. Yanğınsöndürmə idarəsinin ilkin məlumatına əsasən, 25 nəfər yüngül xəsarət alıb, onlardan beşi ehtiyat tədbiri olaraq xəstəxanaya aparılıb.

Dispetçer mərkəzinin məlumatına görə, ilk avtomobil buzlu hava şəraiti səbəbindən sürüşüb və ardınca digər nəqliyyat vasitələri toqquşub. Avtobanın həmin hissəsində hərəkət hazırda dayandırılıb.

Hadisə səhər pik saatlarında baş verdiyi üçün uzunkilometrlik tıxaclar yaranıb. Qəzanın nəticələrinin araşdırılması davam edir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Almaniya Şimali Reyn-Vestfaliya əyaləti

Digər Xəbərlər