Reklam resmi
Reklam resmi

İspaniyada qatar qəzası: ölənlərin sayı 39-a çatıb

İspaniyada qatar qəzası: ölənlərin sayı 39-a çatıb
Dünya

İspaniyada sərnişin qatarının relsdən çıxması nəticəsində ölənlərin sayı 39 nəfərə yüksəlib, onlarla insan yaralanıb.

Ajans.az EFE agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində 73 nəfər xəstəxanaya yerləşdirilib. Yaralılardan 24-nün vəziyyəti ağırdır, onların dördü azyaşlıdır. Qəza zamanı qatarda ümumilikdə 317 sərnişin olub.

Qeyd edək ki, hadisə ilə bağlı əvvəlcə 21, daha sonra isə 24 nəfərin öldüyü bildirilmişdi. Son məlumatlara əsasən, ölənlərin sayı artıb.

İspaniyanın Nəqliyyat və Davamlı Mobillik naziri Oskar Puente Kordoba yaxınlığında baş verən qəzaya münasibət bildirərək hadisəni “qəribə və izah edilməsi çətin” adlandırıb. Onun sözlərinə görə, qəzaya düşən Iryo şirkətinə məxsus qatar nisbətən yeni olub, dəmir yolu infrastrukturu isə yaxın vaxtlarda təmir edilib.

Hadisənin səbəbləri araşdırılır, istintaq davam edir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İspaniya qəza

Digər Xəbərlər