Reklam resmi
Reklam resmi

Qrenlandiyanı müdafiə etmək üçün ZABİT göndəriləcək

Qrenlandiyanı müdafiə etmək üçün ZABİT göndəriləcək
Dünya

Donald Trampın Avropa ölkələrinə 10% tarif tətbiq etmək hədələrinə baxmayaraq, Estoniya Qrenlandiyadakı hərbi təlimlərə ən azı bir əlaqələndirici zabit göndərməyə hazırdır.

Ajans.az ERR-ə istinadən xəbər verir ki, bunu Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib.

"Bu məsələdə mövqeyimiz dəyişməyib. Biz bu təlimlərdə iştirak etməyə hazırıq və mənim fikrimcə, NATO təlimlərində iştirakı iqtisadi məsələlərlə əlaqələndirmək tamamilə ağlabatan deyil", - o qeyd edib.

Nazirin sözlərinə görə, Estoniyanın iştirakı hələ planlaşdırma mərhələsindədir.

"Oraya əlaqələndirici zabit göndərə bilərik və sonra bunun praktikada necə olacağını görəcəyik. Təlimlərin planlaşdırılması sürətli bir proses deyil", - deyə o vurğulayıb.

Mövzular:
Tramp

Digər Xəbərlər