Reklam resmi
Reklam resmi

FHN-dən zəlzələ ilə bağlı məlumat

FHN-dən zəlzələ ilə bağlı məlumat
Cəmiyyət

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 18.01.2026-cı il tarixində yerli vaxtla saat 07:56-da Şamaxı-Ağsu sərhədində (Ağsu rayonunda) 3.8 maqnitudalı zəlzələ qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Ajans.az-a bildiriblər ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə nazirliyə məlumat daxil olmayıb.

Mövzular:
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi Fövqəladə Hallar Nazirliyi Zəlzələ

Digər Xəbərlər