Simonyan: “Ermənistan heç vaxt İrana qarşı addım atmayacaq”
Ermənistan Parlamentinin sədri Alen Simonyan bildirib ki, Ermənistan heç vaxt İrana qarşı yönəlmiş proseslərdə iştirak etməyəcək.
Ajans.az xəbər verir ki,bu açıqlama İranın Yerevandakı səfiri Xəlil Şirqulaminin Ermənistanın Tehrana qarşı düşmən qüvvələrin mərkəzinə çevrilməsi barədə narahatlığına cavab olaraq verilib.
Simonyan qeyd edib:
- Yerevan İrana qarşı heç bir rəsmi addım atmayıb və atmayacaq;
- Ermənistan dost ölkəyə qarşı hər hansı tədbir görməyi planlaşdırmır.
O həmçinin Tramp Marşrutu Layihəsi (#TRIPP) ilə bağlı İranın narahatlıqlarını əsassız adlandırıb. Simonyanın fikrincə, bu layihə İran da daxil olmaqla regiondakı bütün ölkələr üçün əhəmiyyətli iqtisadi imkanlar açacaq.
Mövzular: