Rusiya miqrantların tibbi müayinədən keçməsini tələb edəcək
Rusiya Federasiyasına daxil olan miqrantların tibbi müayinədən keçməsi ilə bağlı qanun layihəsi Dövlət Dumasına təqdim edilib. Qanun layihəsi qanunsuz miqrasiyaya qarşı mübarizə və Rusiya vətəndaşlarının sağlamlığının qorunması məqsədilə hazırlanıb.
Ajans.az RİA Novosti-yə istinadən xəbər verir ki,qanun layihəsinə əsasən, miqrantlar ölkəyə daxil olduqdan sonra 30 gün ərzində tibbi müayinədən keçməlidirlər.
Bundan əlavə, layihə müəllifləri təklif edirlər ki, tibb təşkilatları əcnəbilərin dərhal deportasiya olunması üçün məlumatı Daxili İşlər Nazirliyi və Rospotrebnadzora təqdim etsinlər.
Mövzular: