Reklam resmi
Reklam resmi

Cənubi Koreyanın keçmiş prezidentinə HÖKM OXUNDU

Cənubi Koreyanın keçmiş prezidentinə HÖKM OXUNDU
Dünya

Seul məhkəməsi Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok-yulu beş il müddətinə azadlıqdan məhrum edib.

Ajans.az Reuters agentliyinə istinadən xəbər verir ki, Seul Mərkəzi Rayon Məhkəməsi keçmiş dövlət başçısını hakimiyyət orqanlarının həbs qərarının icrasına mane olmaqda təqsirli bilib. Məhkəmə qərarında bildirilir ki, hökm cümə günü elan olunub.

Bu qərar 2024-cü ildə ölkədə hərbi vəziyyətin tətbiqi ilə bağlı açılmış işlər çərçivəsində çıxarılan ilk hökmdür. Yun Sok-yul həmçinin rəsmi sənədlərin saxtalaşdırılması və qanuni prosedurların pozulması ittihamları ilə də üzləşir.

Qeyd edək ki, daha əvvəl Cənubi Koreya prokurorları çevriliş cəhdindən qısa müddət sonra vəzifəsindən uzaqlaşdırılan keçmiş prezident üçün ölüm cəzası tələb etmişdilər.

author picture
Leyla Bayandurlu
Mövzular:
Cənubi Koreya Yoon Suk Yeolu

Digər Xəbərlər