Reklam resmi
Reklam resmi

Əli Əsədov iranlı nazirlə görüşdü

Əli Əsədov iranlı nazirlə görüşdü
Gündəm

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 20-də İran İslam Respublikasının mədəni irs, turizm və əl işləri sənayesi naziri Reza Salehi Amiri ilə görüşüb.

Ajans.az Nazirlər Kabinetinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə COP29-un Bakıda yüksək səviyyədə təşkil olunduğu məmnunluqla vurğulanıb.

    Azərbaycanın COP Sədrliyi dövründə müəyyən etdiyi prioritetlərdən birinin də turizm sahəsində iqlim fəaliyyəti olduğu diqqətə çatdırılıb.

    Söhbət zamanı Azərbaycan-İran əlaqələrinin hazırkı vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

    Mövzular:
    Baş nazir COP29

    Digər Xəbərlər