Şıxlinski və Səfərov qardaşları üzrə məhkəmə prosesi yaxınlaşır
Yekaterinburqun Kirovski Rayon Məhkəməsi Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski və Səfərov qardaşları ilə bağlı cinayət işini dinləmək üçün münsiflər heyətini seçib. Dinləmələr qapalı keçirilir.
Ajans.az xəbər verir ki,bu barədə ura.ru məlumat yayıb.
Əsas münsiflər heyəti altı nəfərdən, daha iki nəfəri isə alternativ münsiflərdən ibarətdir. Məhkəmənin növbəti iclasının başlama tarixi hələ planlaşdırılır. Münsiflər heyəti 26 yanvar saat 14:00-da müşavirəyə başlayacaq.
Şıxlinskinin həbsi 2025-ci ilin yayında elan edilib. Müstəntiqlər onun Şirinova qarşı sui-qəsd cəhdində və 2001-ci ildə tacir İkram Paşayevin qətlində iştirak edə biləcəyini bildirirlər. Qeyd olunur ki, Şirinov qatilin silahının ilişib qalması nəticəsində sağ qalıb. İş on beş il sonra yenidən açılıb.
Şıxlinski ilə birlikdə Akif, Ayaz, Bəkir, Kamal, Məzahir Səfərov və Şücayəddin Rəcəbov də mühakimə olunacaq. Onlar həm qətl cəhdində, həm də həmvətənlərinin qətlində iştirak ittihamı ilə üzləşirlər. Hazırda yalnız Məzahir Səfərov günahını etiraf edib.