Reklam resmi
Reklam resmi

Türkiyə İrana qarşı hərbi əməliyyatlara “yox” deyir

Türkiyə İrana qarşı hərbi əməliyyatlara “yox” deyir
Dünya

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün açıqlama verərək, Ankaranın İranda hər hansı hərbi əməliyyata qarşı olduğunu bildirib.

Ajans.az xəbər verir ki,nazir Tehran və Vaşinqtonu fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyə çağırıb.

Fidan qeyd edib ki, İranın son etiraz aksiyaları hökumətə qarşı deyil, əsasən iqtisadi problemlərlə bağlıdır. O vurğulayıb ki, İran mövcud çətinliklərin öhdəsindən təkbaşına gəlməlidir.

Nazir həmçinin bildirib ki, İran və ABŞ problemlərini ya birbaşa, ya da vasitəçilik yolu ilə həll etməlidirlər, və Türkiyə bu prosesi vasitəçilik etməyə hazırdır. Fidanın sözlərinə görə, Ankara İrana qarşı hərbi güc tətbiqini dəstəkləmir.

“İranın problemlərini beynəlxalq aktyorlarla həll etməsi və regionda qeyri-sabitliyə səbəb olan proseslərin qarşısını alması Türkiyənin maraqlarına uyğundur”, – deyə Fidan əlavə edib.

author picture
Leyla Bayandurlu
Mövzular:
İran etirazlar

Digər Xəbərlər