Reklam resmi
Reklam resmi

Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq

Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət

Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq.

Ajans.az xəbər verir ki, "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) yanvarın 15-də Naxçıvan şəhərində planlı təmir-bərpa işləri aparacaq.

Bununla əlaqədar 110/35/10 kV-luq "Koroğlu" yarımstansiyasından qidalanan 1 nömrəli 25 MVA transfarmator razılaşdırılmış sifariş əsasında açılacaq.

Eyni zamanda, Milli SCADA sisteminin qurulması məqsədilə Naxçıvanın Qoçüstü məhəlləsi, Cənlibel, 35-ci məhəllə, Sabir, Şaxtatinski, Gəray Əsədov küçələri və 10–11-ci küçələrdə saat 19:30-dan 20:30-dək elektrik enerjisinin verilişi dayandırılacaq.

Mövzular:
Naxçıvan şəhəri İşıq

Digər Xəbərlər