Anar Əliyev: 2026-cı ildə yeni DOST mərkəzləri açılacaq
2026-cı ildə yeni DOST mərkəzlərinin və filiallarının açılışı nəzərdə tutulur.
Ajans.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev AzTV-yə müsahibəsində deyib.
O bildirib ki, 2026-cı ildə DOST konsepsiyasının icrası davam etdiriləcək və DOST şəbəkəsi genişləndiriləcək.
“Bu gün Quba, Gəncə, Naxçıvanda, Sabirabad və Sumqayıt kimi şəhər və rayonlarda DOST mərkəzlərinin tikintisi davam etdirilir. Eyni zamanda bir çox rayonlarımızda DOST filiallarının təmiri, əsaslı təmiri davam etdirilir. Bu çərçivədə yeni DOST mərkəzlərinin və filiallarının açılışını nəzərdə tuturuq”, - deyə nazir qeyd edib.
Mövzular: