İrəvanda ağır YOL QƏZASI
Bu gün, 13 yanvar tarixində İrəvanda ciddi yol qəzası baş verib.
Ajans.az Shamshyan.com saytına istinadən xəbər verir ki, Heratsi tunelindən Xancyan tunelinə gedən yolda bir neçə avtomobil – Toyota Ipsum, Mercedes Sprinter, Chevrolet və Voyah markalı nəqliyyat vasitələri – toqquşub.
Qəza nəticəsində altı nəfər, o cümlədən üç uşaq, müxtəlif xəstəxanalara aparılıb. Həkimlər əvvəlcə hadisə yerində onlara ilkin tibbi yardım göstəriblər, daha sonra yaralılar xəstəxanalara çatdırılıb.
Mövzular: