Reklam resmi
Reklam resmi

Fransa İrandakı səfirliyinin bir hissə əməkdaşını təxliyə edib

Fransa İrandakı səfirliyinin bir hissə əməkdaşını təxliyə edib
Dünya

Fransa İrandakı səfirliyinin bəzi əməkdaşlarını ölkədən təxliyə edib.

Ajans.az AFP agentliyinə istinadən xəbər verir ki, fransız diplomatlar İranı 11–12 yanvar tarixlərində tərk ediblər.

Təxliyə olunan şəxslərin dəqiq sayı açıqlanmayıb. Qeyd olunur ki, Fransa səfirliyində adətən təxminən 30 əməkdaş fəaliyyət göstərir.

Fransa Xarici İşlər Nazirliyi bildirib ki, bu addım mövcud təhlükəsizlik şəraitində diplomatik missiyanın öz funksiyalarını yerinə yetirməsini təmin etmək məqsədilə həyata keçirilən yenidən təşkil prosesinin bir hissəsidir. Nazirliyin açıqlamasına görə, səfir və əsas heyət İranda qalaraq Fransa vətəndaşlarına konsulluq dəstəyi göstərməyə davam edir.

Qərarın ölkədə zorakılıq hallarının kəskin şəkildə artması fonunda verildiyi vurğulanır.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Fransa İran

Digər Xəbərlər