Reklam resmi
Reklam resmi

Bakıda moped və motosiklet oğruları SAXLANILDI

Bakıda moped və motosiklet oğruları SAXLANILDI
Cəmiyyət

Paytaxt ərazisində moped və motosiklet oğurluğu edən şəxslər saxlanılıb.

Bu barədə  Ajans.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Binəqədi rayonunda yerləşən evlərdən birinin qarşısından “Tufan M-50” markalı motosikletin oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən N.Məmmədzadə müəyyən edilərək saxlanılıb.

    Digər bir əməliyyatla Suraxanı rayonunda da bir nəfərə məxsus mopedi oğurlamaqda şübhəli bilinən İ.Məmmədli polis əməkdaşları tərəfindən saxlanılıb.

    Hər iki faktla bağlı araşdırma aparılır.

    Mövzular:
    Paytaxt DİN Oğurluq

    Digər Xəbərlər