Azərbaycanlı döyüşçü həbsdə təzyiqlərə MƏRUZ QALDI
6 dekabr 2022-ci ildə Ukraynanın Kiyev vilayəti Obuxov rayon Məhkəməsinin hökmü ilə Azərbaycan vətəndaşı, Misir Elman oğlu Qasımlı 8 il müddətə azadlıqdan mərhum edildi. Ona qarşı 187-ci maddənin 1-ci hissəsi (soyğunçuluq), 146-cı maddənin 3-cü hissəsi və 263-cü maddənin 1-ci hissələri ilə ittihamlar elan edilib.
Ajans.az-ın məlumatına görə, II Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlı artıq 5 ildir ki, Ukraynada həbsdə saxlanılır. M.Qasımlının erməni şəri ilə həbsə atıldığı iddialar var. Hətta orada soydaşlarımıza zülm edildiyi bildirilir.
Misir Qasımlı çəkdiyi videoda açıqlayıb ki, Ukraynanın 4 saylı Jitomir məhkəməsində həbsdə olan soydaşlarımız təhqir edilir, amansız təzyiqlərə məruz qalınır. Onun sözlərinə görə, özü haqsızlığa göz yummasa da, vətəndaşlarımızın halı ürəkaçan deyil.
Qeyd edək ki, Misir Qasımlı “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.
Mövzular: