Reklam resmi
Reklam resmi

Ançelotti karyerasını BİTİRİR

Ançelotti karyerasını BİTİRİR
İdman
395

İspaniya mətbuatı bu mövsüm La Liqada “Barselona”dan geri qalan və Çempionlar Liqasında gözləntilərdən aşağı düşən “Real Madrid”in baş məşqçisi Karlo Ançelottinin karyerasının bitdiyini bildirib.

Ajans.az xəbər verir ki, məlumatda Braziliyadan təklif alan italiyalı məşqçinin Arda Gülərlə inadkarlıq etməsi ilə bağlı təfərrüat yer alıb.

Digər tərəfdən Braziliya Futbol Federasiyanın Ançelottinin gedəcəyini eşidəndən sonra hərəkətə keçdiyi və təşəbbüslərə başladığı bildirilib. Təcrübəli məşqçiyə iş təklif edən Braziliyanın da xəbər gözlədiyi məlumatlar arasındadır.

İspaniya mətbuatında çıxan xəbərin təfərrüatlarında Ançelottinin Arda Gülərlə inadkarlığının sonunu gətirdiyi yazılıb. 2021-ci ildən "Real Madrid"in baş məşqçisi olan Karlo Ançelotti 189 matçda orta hesabla 2,27 xal toplayaraq böyük uğur qazanıb. Mbappenin bu mövsüm transferinə baxmayaraq “Real Madrid”dən geri qalan Ançelottinin performansının aşağı düşməsi və oyunçu seçimləri tənqid mövzusu olub.

author picture
Ajans_az Muxbir
Mövzular:
Ançelotti Karyera Bitirir Şok Karlo Ançelotti Barselona Baş məşqçi Arda Gülər

Digər Xəbərlər