Reklam resmi
Reklam resmi

Azərbaycanda məktəbdə İNSİDENT: Müəllim direktor müavinini döydü

Azərbaycanda məktəbdə İNSİDENT: Müəllim direktor müavinini döydü
Cəmiyyət
535

Qaradağda yerləşən Azər Namazov adına 180 nömrəli tam orta məktəbdə insident baş verib.

Ajans.az xəbər verir ki, hadisə tədris prosesi zamanı qeydə alınıb.

Riyaziyyat müəllimi məktəbin direktor müavinini döyüb. Nəticədə direktor müavini çənə və bədənin müxtəlif nahiyələrindən xəsarətlər alıb.

Hadisə məktəbdə olan digər müəllimlər və şagirdlər tərəfindən müdaxilə edilərək sakitləşdirilib.

Məlumata görə, riyaziyyat müəllimi məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırma aparılır.(Mənbə: Teleqraf)

Mövzular:
müəllim məktəblər

Digər Xəbərlər