Reklam resmi
Reklam resmi

Nazirlik müraciət etdi- TƏHLÜKƏ ZAMANI...

Nazirlik müraciət etdi- TƏHLÜKƏ ZAMANI...
Cəmiyyət

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin davam edəcəyi, o cümlədən Xəzər dənizinin Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində dənizdə görünüş məsafəsinin 50-500 metr təşkil edəcəyi proqnozlaşdırılır.

Ajans.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib:

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edərək təhlükəsizliyin təmin edilməsi məqsədilə dumanlı hava şəraitində kiçikhəcmli gəmilərin istismarının qadağan olduğunu xatırladır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Mövzular:
FHN gəmilər

Digər Xəbərlər