Reklam resmi
Reklam resmi

Dumanlı hava daha 2 gün DAVAM EDƏCƏK

Dumanlı hava daha 2 gün DAVAM EDƏCƏK
Cəmiyyət

Hazırda ölkənin bəzi ərazilərində dumanlı hava şəraiti müşahidə olunur. Bakıda və Abşeron yarımadasında, eləcə də Quba, Yevlax, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Lənkəran və Astarada görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır. Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Ajans.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Dumanın əmələ gəlməsinə səbəb gündüz saatlarında temperaturun yüksək olması, gecə saatlarında isə yer səthinin soyuması və havanın temperaturunun aşağı düşməsidir.

“Dumanlı hava şəraitinin yanvarın 9-u axşamadək fasilələrlə davam edəcəyi gözlənilir”.

Mövzular:
duman hava

Digər Xəbərlər