Reklam resmi
Reklam resmi

Prokurordan Maduro ilə bağlı çağırış...

Prokurordan Maduro ilə bağlı çağırış...
Gündəm

Venesuelanın baş prokuroru Tarek Uilyam ABŞ hakimiyyətindən Nikolas Maduronun toxunulmazlığının tanınmasını tələb edib.

Ajans.az  xəbər verir ki, o, hakim Alvin Hellersteini beynəlxalq hüquqa hörmət etməyə və məhkəmənin toxunulmazlığa malik suveren dövlətin başçısını təqib etmək hüququna malik olmadığını qəbul etməyə çağırıb.

Baş prokuror beynəlxalq ictimaiyyətdən Maduro və həyat yoldaşının dərhal azad edilməsi üçün tədbirlər görməsini tələb edib.

Dünən Nyu-York federal məhkəməsi Venesuela Prezidentinin işi üzrə ilk iclasını keçirib. Latın Amerikası lideri həbsdə saxlanılıb. Maduro məhkəmədə özünü günahkar bilməyib və əsir götürüldüyünü deyib.

Mövzular:
Venesuela Tarek Uilyam ABŞ Nikolas Maduro

Digər Xəbərlər