Reklam resmi
Reklam resmi

Dubaydakı dəbdəbəli toyun sahibi Razi Nurullayevin qardaşı imiş - Video

Dubaydakı dəbdəbəli toyun sahibi Razi Nurullayevin qardaşı imiş - Video
Cəmiyyət

Azərbaycanlı iş adamı Dubay şəhərində oğluna təmtəraqlı toy mərasimi keçirib.

Ajans.az xəbər verir ki, mərasimdən çəkilmiş kadrlar sosial şəbəkələrdə yayılıb. 

Görüntülərdən aydın olur ki, toy yüksək səviyyədə və olduqca dəbdəbəli şəkildə təşkil olunub.

Məclisdə Azərbaycanın Xalq artisti Aygün Kazımova, müğənni Nəsimi Məmmədov və digər tanınmış simalar səhnə alıblar. Toya aparıcılığı isə məşhur televiziya aparıcısı Nanə Ağamalıyeva edib.

“Yeni Sabah” saytı isə öyrənib ki, Dubayın məşhur “Ritz-Carlton” hotelində keçirilən toy deputat Razi Nurullayevin qardaşı, tikinti maqnatı kimi tanınan Hasil Nurullayev tərəfindən təşkil edilib.

Məclisin sonunda məkanın səviyyəsinə uyğun olaraq möhtəşəm atəşfəşanlıq nümayiş etdirilib.

Bu gönderiyi Instagram'da gör

Ajans.az (@ajans.az)'in paylaştığı bir gönderi

Mövzular:
Azərbaycanlı iş adamı Dubay şəhəri Toy mərasimi Razi Nurullayev

Digər Xəbərlər