Reklam resmi
Reklam resmi

Buzda yıxılıb xəsarət alanların sayı AÇIQLANDI

Buzda yıxılıb xəsarət alanların sayı AÇIQLANDI
Cəmiyyət

Bayram günlərində Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsində 260 müraciət qeydə alınıb.

Ajans.az xəbər verir ki, xəstəxanadan bildirilib ki, tibb müəssisəsinə 1 nəfər yol-nəqliyyat hadisəsi, 29-u müxtəlif travmalarla bağlı müraciət edib. Onlardan 12-si hava şəraiti ilə əlaqədar yolların buz bağlaması nəticəsində yıxılaraq xəsarət alanlar olub.

Digər müraciətlər isə əsasən, kəskin respirator virus xəstəlikləri və arterial hipertenziya ilə əlaqədar olub. Qeyd edilən müddətdə 2 cərrahi əməliyyat icra olunub.

“Bayram günlərində vətəndaşlardan daxil olan müraciətlər operativ şəkildə cavablandırılıb, çağırışlara vaxtında və peşəkar tibbi yardım göstərilib”, - deyə məlumatda vurğulanıb.

Mövzular:
Qusar Rayon Mərkəzi Xəstəxanası 260 müraciət xəsarət alanların sayı

Digər Xəbərlər