Reklam resmi
Reklam resmi

25 aptekdə yoxlama aparılıb- NÖQSANLAR VAR

25 aptekdə yoxlama aparılıb- NÖQSANLAR VAR
Sağlamlıq

Ötən ilin dekabr ayında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi ümumilikdə 25 aptekdə yoxlama keçirib.

Ajans.az xəbər verir ki, bununla bağlı Mərkəzdən məlumat verilib. Bu yoxlamalardan 9-u Bakı şəhərində, 16-ı isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Yoxlamaların 11-i planlı, 14-ü isə plandankənar olub.

Yoxlama nəticəsində 7 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb, bu hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.

Mövzular:
apteklər

Digər Xəbərlər