Reklam resmi
Reklam resmi

Əlixan Osmanova qarşı sərt tələb: “Məsuliyyətə cəlb edilsin!”

Əlixan Osmanova qarşı  sərt tələb: “Məsuliyyətə cəlb edilsin!”
Cəmiyyət
378

“Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanovun fəaliyyəti və "Rudaw" TV kanalına verdiyi müsahibə ictimaiyyətdə ciddi narazılıq doğurub. Qarabağ qaziləri və ehtiyatda olan hərbiçilər rəsmi şəxsin bu addımını Azərbaycanın milli maraqlarına zidd hesab edərək hüquq-mühafizə orqanlarına müraciət hazırlayıblar.

Ajans.az xəbər verir ki,ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi qazisi Akif Qasımov XəzərNews.az-a bildirib ki, Əlixan Osmanovun separatçılıq meyilləri ilə tanınan bir kanala açıqlama verməsi qəbuledilməzdir. Qazilər adından danışan A.Qasımov bu fəaliyyətin araşdırılması üçün müraciət hazırladıqlarını qeyd edib:
"Separatizmi dəstəkləyən bir kanalın Azərbaycanda "Kürdistan" separatizminin toxumlarını səpməsinə yol verməyəcəyik", - deyən A.Qasımov Əlixan Osmanovun fəaliyyəti ilə bağlı aşağıdakı əsas məqamları vurğulayıb:
"Ə.Osmanovun rəsmi şəxs olaraq dövlət dilini kənara qoyub kürd dilində müsahibə verməsi "Azərbaycan Respublikasında Dövlət Dili haqqında" Qanunun müvafiq maddələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Qarabağ müharibəsi zamanı PKK ünsürlərinin erməni separatçıları ilə birgə Azərbaycana qarşı vuruşduğunu xatırlasaq, bu növ fəaliyyətlər dövlət suverenliyinə təhdid kimi dəyərləndirilməlidir. Qardaş Türkiyənin  illərdir başına gələnləri bilirik. PKK ilə mücadilədə Türk ordusu on minlərlə şəhid verib və hələ də bu məsələnin həlli istiqamətində Türkiyə dövləti mücadilə aparır".

Mövzular:
Əlixan Osmanov “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi "Rudaw" TV kanalı

Digər Xəbərlər