Reklam resmi
Reklam resmi

Maduronun ələ keçirilməsinə görə dərindən sarsılmışıq - Çin

Maduronun ələ keçirilməsinə görə dərindən sarsılmışıq - Çin
Dünya

Çin ABŞ-ın Venesuelaya hücumundan, Prezident Nikolas Maduronun ələ keçirilməsindən dərindən sarsılıb.

Ajans.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.

"Biz ABŞ-ı beynəlxalq hüquqa və BMT Nizamnaməsinin müddəalarına riayət etməyə, həmçinin digər ölkələrin suverenliyinə və təhlükəsizliyinə qarşı təcavüzləri dayandırmağa çağırırıq", - bəyanatda vurğulanıb.

Qeyd edək ki, bu gün ABŞ ordusu Karakasa zərbə endirib və ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-a aparıb.

Mövzular:
Çin ABŞ Venesuela Prezident Nikolas Maduro

Digər Xəbərlər