Kolumbiya prezidenti: "Venesuelanın paytaxtı bombalanır, BMT-nin təcili iclası çağırılmalıdır"
Kolumbiya Prezidenti Qustavo Petro Venesuelanın paytaxtı Karakasın bombalanmasından sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) və Amerika Dövlətləri Təşkilatının (ADT) təcili iclaslarının keçirilməsi üçün çağırış edib.
Ajans.az xəbər verir ki,bu barədə o, "X" hesabında yazıb:
"Hazırda Karakas bombalanır. Bütün dünya üçün xəbərdarlıq elan olunur: Venesuelanın paytaxtına raket zərbəsi endirilib. ADT və BMT dərhal toplaşmalıdırlar".
Mövzular: