Reklam resmi
Reklam resmi

Türkiyədə qəzaya uğrayan təyyarənin “qara qutu”su bu ölkədə təhlil ediləcək

Türkiyədə qəzaya uğrayan təyyarənin “qara qutu”su bu ölkədə təhlil ediləcək
Dünya

Britaniya Liviyanın Baş Qərargah rəisi, general Məhəmməd Əli Əl-Həddadı daşıyan və Türkiyədə qəzaya uğrayan təyyarənin “qara qutu”sunun təhlilini həyata keçirməyə razılıq verib.

Ajans.az xəbər verir ki, bu barədə məlumatı “Asharq Al-Awsat” portalı yayıb. 

Ölkənin nəqliyyat naziri Məhəmməd əl-Şahubinin sözlərinə görə, Liviya məsələni Britaniya ilə birbaşa qaydada koordinasiya edib. 

Xatırladaq ki, Liviya hərbi nümayəndə heyətini daşıyan “Falcon 50” təyyarəsi dekabrın 23-də Türkiyədə qəzaya uğrayıb. Hadisə nəticəsində general Məhəmməd Əli Əl-Həddad və dörd köməkçisi həlak olub. Türkiyə tərəfi qəzaya səbəbin texniki nasazlıq olduğunu bildirib.

Mövzular:
Türkiyə “qara qutu”

Digər Xəbərlər