Cəlilabadda dağlarda qar 25 sm-ə çatıb
Cəlilabadın dağlıq kəndlərinə qar yağıb.
Ajans.az xəbər verir ki, qar əsasən dağətəyi kəndlər olan Musalı, Ləkin, Badamağacı, Şatırlı və Buravara yağıb.
Bu kəndlərdə qarın hündürlüyü 10 sm-i keçib. Daha yüksək dağlıq hissələrdə isə qar örtüyü 25 sm-ə çatıb.
Hazırda şaxtalı hava şəraiti davam edir və qar yağır.(Mənbə: apa)
Mövzular: