Reklam resmi
Reklam resmi

Pirotexniki vasitələr satan daha 26 nəfər SAXLANILIB

Pirotexniki vasitələr satan daha 26 nəfər SAXLANILIB
Cəmiyyət

Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı tədbirlər davam etdirilir.

Ajans.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Son iki gün ərzində paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 26 nəfər müəyyən olunaraq saxlanılıb.

Onlardan müxtəlif növ səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.

Pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Mövzular:
Pirotexniki vasitələr

Digər Xəbərlər