Reklam resmi
Reklam resmi

Güclü külək Bakıda 9 ağacı sındırdı

Güclü külək Bakıda 9 ağacı sındırdı
Hadisə

İki gündür davam edən güclü küləklə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Birlikdən Ajans.az-a verilən məlumata görə, yanvarın 2-də gecədən səhərə kimi güclü külək nəticəsində 9 ağac sınıb, 6 ağacın budaqları qırılıb.

Sınan ağaclar və qırılan budaqlar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin növbətçi briqadaları tərəfindən operativ şəkildə götürülüb, ərazi təmizlənib.

Mövzular:
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi 9 ağac Sınma

Digər Xəbərlər