Gömrük İdarəsində YENİ TƏYİNAT
Tovuz Gömrük İdarəsinə rəis əvəzi təyin edilib.
Ajans.az xəbər verir ki,bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov əmr imzalayıb.
Əmrə əsasən, Firdovsi Əbilov Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsini icra edən təyin edilib.
Qeyd edək ki, o bu təyinatadək Lənkəran Gömrük Postunun rəisi olub.
Xatırladaq ki, Tovuz Gömrük İdarəsinin sabiq rəisi Pərviz Qədirov bir neçə gün əvvəl təqaüdə göndərilib./unikal
Mövzular: