Reklam resmi
Reklam resmi

Təbii fəlakət: Üç çoban qar uçqunu altında qaldı

Təbii fəlakət: Üç çoban qar uçqunu altında qaldı
Dünya
752

Türkiyənin Artvin vilayətinin Ardanuç rayonunun Zekeriya kəndində baş verən təbii fəlakət nəticəsində üç çoban kiçik mal-qara sürüsü ilə birlikdə qar uçqunu altında qalıb.

Ajans.az "TRT Haber"ə istinadən xəbər verir.

Məlumata görə, uçqun Ardanuç rayonunda dəniz səviyyəsindən 2 300 metr yüksəklikdə yerləşən Aksu yaylasında yerli vaxtla səhər saat 11:00 radələrində baş verib. Üç çobanın sürüləri ilə birlikdə qar altında qalması xəbərindən sonra AFAD qrupları səfərbər edilib. Qruplar qarla örtülü yolları təmizləyən ağır texnikanın köməyi ilə əraziyə çatmağa çalışırlar.

Mövzular:
uçqun

Digər Xəbərlər