Reklam resmi
Reklam resmi

Türkiyədə məktəbli qızın hərəkəti sosial mediada GÜNDƏM OLUB

Türkiyədə məktəbli qızın hərəkəti sosial mediada GÜNDƏM OLUB
Dünya

Türkiyənin Fəthiyə şəhərində 11 yaşlı Gülçin Miray Karaman insanlıq və başqalarının əməyinə hörmət mövzusunda vacib bir dərs verib.

Ajans.az xəbbər verir ki,məktəb dəhlizində hərəkət edərkən Gülçin təmizlikçinin döşəməni yenicə yuduğunu görüb. Nəm səthdə çirkli izlər buraxmamaq və başqasının işini pozmamaq üçün qız tərəddüd etmədən ayaqqabılarını çıxarıb.

Ayaqqabılarını əlində tutaraq corabları ilə bütün dəhlizdə gəzən Gülçin yalnız sinif otağının qapısında onları geyinib. Bu an təmizlikçinin təəccüblü və minnətdar baxışlarını əks etdirən görüntülər məktəbin CCTV kameralarına düşüb.

Foto və videolar sosial mediada sürətlə yayılıb və Gülçinin davranışı başqalarına hörmət və diqqət göstərməyin vacibliyinin simvoluna çevrilib. Məktəb rəhbərliyi və müəllimlər qızın nümunəvi hərəkətindən fəxr etdiklərini bildiriblər.

 

Посмотреть эту публикацию в Instagram

Публикация от Turktv24 (@turktv24)

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə Fəthiyə şəhəri

Digər Xəbərlər