Qırğızıstanın sabiq prezidenti bütün mükafatlarından MƏHRUM EDİLİB
Qırğızıstan Prezidenti Sadır Japarov keçmiş dövlət başçısı Almazbek Atambayevi bütün dövlət mükafatlarından məhrum edən fərman imzalayıb.
Ajans.az Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu qərar Bişkek şəhərinin Pervomayski Rayon Məhkəməsinin 3 iyun 2025-ci il tarixli hökmünə əsasən qəbul edilib.
Fərmana əsasən, Almazbek Atambayev ölkənin ən yüksək fəxri adı olan “Qırğızıstan Qəhrəmanı” titulundan, həmçinin II dərəcəli “Manas” ordenindən, “Danaker” ordenindən və “Dank” medalından məhrum edilib.
Mövzular: