Reklam resmi
Reklam resmi

Ronaldo karyerasını bitirir?

Ronaldo karyerasını bitirir?
İdman

39 yaşlı futbol ulduzu Kriştiano Ronaldo futbolu nə vaxt tərk edəcəyini açıqlayıb.

Ajans.az xəbər verir ki, hazırda karyerasını Səudiyyə Ərəbistanının “Əl Nassr” komandasında davam etdirən Ronaldo 2025-ci ilin fevralında 40 yaşının tamam olacağına və yaxın bir neçə ildə təqaüdə çıxa biləcəyinə işarə vurub. 

Ronaldo motivasiya olduğu müddətcə futbol oynamağa davam edəcəyini, motivasiyasını itirdiyi gün təqaüdə çıxacağını bildirib.

Polşa-Portuqaliya matçından sonra jurnalistlərin suallarını cavablandıran Ronaldo, “Sadəcə əylənmək istəyirəm. Tezliklə 40 yaşım olacaq. Çox əylənmək istəyirəm, motivasiya olduqca davam edirəm. Motivasiya olunmadığım gün, bəli. O gün mən təqaüdə çıxıb karyeramı bitirəcəm”.

author picture
Ajans_az Muxbir
Mövzular:
Kriştiano Ronaldo Karyera Təqaüd

Digər Xəbərlər