Reklam resmi
Reklam resmi

Abşeronda pirotexniki vasitələr satanlar saxlanıldı

Abşeronda pirotexniki vasitələr satanlar saxlanıldı
Cəmiyyət

Abşeron rayonunda pirotexniki vasitələr satan iki nəfər saxlanılıb.

Ajans.az xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışına qarşı profilaktik tədbir həyata keçirilib. Tədbir zamanı pirotexniki vasitələrin satışı ilə məşğul olan iki nəfər müəyyən olunaraq saxlanılıb.

Onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.

Həmin şəxslər barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Mövzular:
Abşeron saxlanılan

Digər Xəbərlər