Reklam resmi
Reklam resmi

Sumqayıtda avtomobil külə döndü

Sumqayıtda avtomobil külə döndü
Hadisə

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərinin Sülh küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Ajans.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Chevrolet” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənərək digər hissələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
Qəza Sumqayıt

Digər Xəbərlər