Səhiyyədə təhlükəli azalma: İşçilərin sayı geriləyir
Azərbaycanda 2010–2024-cü illər ərzində tibb işçilərinin əhaliyə nisbəti azalıb.
Ajans.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.
Məlumata görə, hər 10 min nəfərə düşən tibb işçilərinin sayı 2010-cu ildə 103,6 nəfər olsa da, 2024-cü ildə 90,9 nəfər-ə enib. Bu, təxminən 12,3% azalma deməkdir.
Həkimlər və orta tibb işçilərində 2010-cu ildə hər 10 min nəfərə 36,8 həkim düşürdüsə, 2024-cü ildə bu göstərici 34,5 nəfər olub. Bu, təxminən 6% azalma deməkdir.
Lakin ümumi həkim sayı artaraq 33 085-dən 35 233 nəfərə çatıb. Bu artım, əhaliyə nisbətdə azalma ilə bir araya gəlir.
Orta tibb işçiləri isə 2010-cu ildə hər 10 min nəfərə 66,8 nəfər düşürdüsə, 2024-cü ildə 56,4 nəfər-ə enib, yəni təxminən 15,6% azalma. Ümumi sayı isə 57 663 nəfərə düşüb.

Mövzular: