Reklam resmi
Reklam resmi

Aİ-95 markalı benzinin qiyməti ilə bağlı YENİ XƏBƏR

Aİ-95 markalı benzinin qiyməti ilə bağlı YENİ XƏBƏR
İqtisadiyyat
966

"Aİ-95 markalı benzinin bir neçə aydır ki, Azərbaycanda istehsalına başlanıb, tənzimlənən qiymətlərlə 1,60 AZN-ə satılır".

Ajans.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsində Rauf Qurbanov deyib.

O bildirib ki, hələ Aİ-95 markalı benzinin qiyməti tənzimlənən qiymətlərlə satılan məhsullar sırasına daxil edilməyib:

“Yaxınlarda Nazirlər Kabineti tərəfindən Aİ-95-i bu siyahıya salacaqlar. Aİ-98 isə bizdə istehsal edilmir. Ona görə onun qiyməti tənzimlənmir”

Mövzular:
Aİ-95 markalı benzin Milli Məclis

Digər Xəbərlər