Reklam resmi
Reklam resmi

“Euronews” Bakının mikromobilliklə inkişaf edən şəhər modelini işıqlandırdı

“Euronews” Bakının mikromobilliklə inkişaf edən şəhər modelini işıqlandırdı
Siyasət

Euronews Bakı şəhərində həyata keçirilən hərəkətlilik transformasiyasına dair reportaj hazırlayıb. Reportajda şəhərin avtomobillərdən çox insanlara önəm verən bir şəhər modelinə doğru necə keçdiyi əks olunub.

Ajans.az xəbər verir ki, reportajda paytaxtda şəhər mühitinin yenilənməsi istiqamətində görülən işlərə geniş yer verilib.

Telekanalın qeyd edir ki, “Bir şəhər gələcəkdə dayanıqlı olmaq istəyirsə, o, mobillik məsələsini əsas prioritet kimi həll etməlidir. Dünya şəhərləri insanların hərəkət tərzini dəyişdirdikcə, Bakı küçələrini, nəqliyyat şəbəkəsini və ictimai sahələri ağıllı və ekoloji baxımdan təmiz hərəkət sisteminə uyğun şəkildə yenidən qurur.”

Telekanal həmçinin Azərbaycanda gələn il keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) mobillik sahəsinə yanaşması vurğulayıb.

“Gələn il Bakının Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi edəcəyini nəzərə alaraq, şəhərin mobillik sahəsinə yanaşması göstərir ki, nəqliyyat dayanıqlı və rahat şəhərlər qurmaqda mərkəzi elementə çevrilib”, – telekanal vurğulayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Euronews Bakı şəhəri

Digər Xəbərlər