Reklam resmi
Reklam resmi

Bruce Willis-in ailəsi mühüm QƏRAR VERDİ

Bruce Willis-in ailəsi mühüm QƏRAR VERDİ
Şou Biznes

Hollivudun məşhur aktyoru Bruce Willis-in ailəsi onun beyninin gələcəkdə elmi tədqiqatlar üçün bağışlanması ilə bağlı qərar qəbul edib.

Ajans.az xəbər verir ki,bu barədə aktyorun həyat yoldaşı Emma Heming Willis məlumat verib.

Emma Heming Willis-in sözlərinə görə, Bruce Willis-ə 2022-ci ildə frontotemporal demans diaqnozu qoyulduqdan sonra ailə bu addımı atmağa qərar verib. O bildirib ki, məqsəd bu xəstəliyin elmi baxımdan daha dərindən öyrənilməsinə töhfə verməkdir.

“Bu, son dərəcə çətin bir qərardır. Lakin frontotemporal demansın daha yaxşı anlaşılması və gələcəkdə digər insanlar üçün müalicə imkanlarının genişlənməsi naminə bunu vacib hesab edirəm”, – deyə Emma Heming Willis qeyd edib.

Qeyd edək ki, frontotemporal demans beyin hüceyrələrinin tədricən məhv olması ilə xarakterizə olunan nevroloji xəstəlikdir. Xəstəlik adətən şəxsiyyət və davranış dəyişiklikləri, nitq pozğunluqları və idrak funksiyalarının zəifləməsi ilə müşayiət olunur.

author picture
Leyla Bayandurlu
Mövzular:
Bruce Willis Emma Heming Willis

Digər Xəbərlər