Reklam resmi
Reklam resmi

Rusiyada Jirinovskinin şərəfinə xüsusi qatar BURAXILACAQ

Rusiyada Jirinovskinin şərəfinə xüsusi qatar BURAXILACAQ
Dünya

Rusiya Dəmir Yolları (RJD) LDPR-in qurucusu Vladimir Jirinovskinin anadan olmasının 80 illiyi münasibətilə 25 dekabr tarixində Moskva–Adler marşrutu üzrə “Rusiya. Jirinovski” adlı tematik qatar buraxacaq.

Ajans.az xəbər verir ki,bu barədə Kommersant qəzeti məlumat yayıb.

LDPR sədri Leonid Slutski bildirib ki, yubiley tədbirləri Jirinovskinin ideyalarını və irsini ictimaiyyətə mədəniyyət, təhsil və açıq ünsiyyət formatları vasitəsilə çatdırmağı hədəfləyir.

Qatarın istifadəyə verilməsi ilə yanaşı, yubiley çərçivəsində xatirə konserti, “Jirinovski oxunuşları” adlı elmi-təhsil forumu keçiriləcək, Moskvadakı Manej Mərkəzi Sərgi Salonunda isə “Jirinovski əbədi” adlı sərgi açılacaq.

TASS-ın məlumatına görə, təşkilat komitəsinin iclası zamanı Leonid Slutski iştirakçılara Vladimir Jirinovskinin çıxış və mahnılarının yazıldığı kasetlər, eləcə də arxa hissəsində siyasətçiyə aid sitatlar olan hədiyyə denim gödəkçələr təqdim edib. Hədiyyələri alanlar arasında maliyyə naziri Anton Siluanov, nəqliyyat naziri Andrey Nikitin və baş nazirin müavini Dmitri Qriqorenko da olub.

 

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Dəmir Yolları Vladimir Jirinovski

Digər Xəbərlər