Yeni ildə hansı günlərdə dərs OLMAYACAQ?
Bəzi təhsil müəssisələrində dekabrın 27-28-də dərs günü olacağı ilə bağlı məlumatlar yayılıb. Hətta təhsil ocaqlarında bir neçə müəllim belə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayramları ilə əlaqədar 29 və 30-u tarixlərinin qeyri-iş günü olacağını iddia ediblər.
Ajans.az məsələ ilə əlaqədar Elm və Təhsil Nazirliyinə sorğu ünvanladı.
Nazirliyin mətbuat xidmətindən bildirildi ki, yayılan məlumatlar həqiqətəuyğun deyil: “Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə bağlı qərar olmadığı üçün dərs və istirahət günlərinin yerinin dəyişdirilməsi nəzərdə tutulmur.
Aidiyyəti məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur".
Mövzular: